Türkiyənin baş naziri: “Almaniya ilə əlaqələrimizdə bəzi problemlər həll olunmuş kimi görünür”

  • By admin
  • 16 Fevral 2018 21:27


“Almaniya-Türkiyə əlaqələrində bəzi problemlər həll olunmuş kimi görünür”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyada səfərdə olarkən bildirib.

“Almaniya-Türkiyə əlaqələrində bəzi problemlər həll olunmuş kimi görünür. İnşallah, yaxşı olacaq. Bundan sonra əlaqələrimizin daha da inkişaf etməsi üçün qarşılıqlı addımlar atacağıq. Təbii ki, bu zaman birliyimizi, bərabərliyimizi pozmağa və zərərli fəaliyyətə icazə verilməməsi, terror qruplaşmalarına dözüm nümayiş etdirilməməsi gözləntilərimizdir”, – baş nazir deyib.

Gununsesi.info