Türkiyənin cənnəti sayılan Munzur Gözeleri - FOTOLAR

  • Müəllif: admin
  • 01 İyul 2017 18:33

59549e832269a21a10674f28

Türkiyənin Tunceli şəhərinin Ovacık əyalətində yerləşən Munzur Gözeleri yay ayında bütün gözəlliyini ortaya çıxarıb. Bu ərazi yerli və əcnəbi turistlərin axını ilə üzləşir.

Şəhər mərkəzindən 80, Ovacık əyalət mərkəzindən isə 17 kilometr məsafədə yerləşən Ziyarət kəndində yerləşən və Munzur çayının mənbəyini yaradan Munzur Gözeleri yay aylarında qeyri-adi və təbii rəngləri ilə görənlərin zövqünü oxşayır.

Munzur dağının ətəklərindəki qayaların arasından çıxan suları sayəsində möhtəşəm mənzərəyə malik olan Munzur Gözelerinin ətrafındakı bitki örtüyü və şəlalələr bu təbiət mənzərəsinə daha gözəl bir don geyindirir.

Mədəniyyət və təbiət baxımından Türkiyənin ən gözəl yerlərindən biri olan bu ərazi müqəddəs məkan hesab olunduğuna görə xalq tərəfindən xüsusilə qorunur.

59549e832269a21a10674f20

 

59549e832269a21a10674f26

 

59549e832269a21a10674f28

Gununsesi.info