Türkiyənin erməni kökənli deputatı Ankaradan Azərbaycana kömək etməməyi tələb edib

  • By admin
  • 24 İyul 2020 14:33
“Gəmidə oturub gəmiçi ilə dava etmək” məsəlinin kökündə yalnız erməni həyasızlığı dayana bilər. Həyasızlığının sərhədi olmayan bu millətin nümayəndəsi  Türkiyə parlamentində oturub Türkiyə dövlətindən hesab sorur ki, “ Türkiyə  Azərbaycanı niyə müdafiə edir”.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki,  Türkiyə parlamentində HDP – ni (kürdlərin partiyası və bu birliyə heç təəccüb etmədik) təmsil edən millət vəkili, erməni Karo Paylyan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Azərbaycanı müdafiə edən bəyanatla çıxış etdiyinə görə qınayıb və ona  bir sıra suallar ünvanlayıb.
Paylyan Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinə aşağıdakı sualları göndərib:
– Etnik səbəblərə əsaslanaraq Ermənistan-Azərbaycan münaqişəsi kontekstində qərəzli mövqe nümayiş etdirdiyinizi bilirsinizmi?
– Hələ dərk etmədinizmi ki, irqçi xarici siyasət “alovun üstünə yağ tökür” və yalnız problemləri artırır?
-Türkiyə hərbi-sənaye kompleksi Azərbaycana silah satışının həcmini artırmağı planlaşdırırmı?
-Bu səbəbdən  də gərginliyi artırırsınız?
– Azərbaycana qoşun göndərməyi düşünürsüz?
-Niyə Türkiyə xarici siyasətdə etnik üstünlükləri rəhbər tutur?
– Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü olduğunu hərdən  yadınıza salırsınızmı?
– Hələ başa düşmürsünüz ki, Qafqazda qeyri-sabitlik  yalnız Rusiya üçün xeyirlidir?
– Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan-Türkiyə sərhəd zonasında yerləşən atom elektrik stansiyasına zərbə vurmağa hazır olması ilə bağlı təhdidini necə şərh edərdiniz?”
Gununsesi.org