Türkiyənin İYİ partiyasının Yozgat vilayət rəhbəri yol qəzasında dünyasını dəyişdi

  • By admin
  • 06 Noyabr 2019 20:26

Türkiyənin İYİ partiyasının Yozgat vilayət rəhbəri Seyfi Bayrak yol qəzasına düşüb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, siyasətçi qəza zamanı dünyasını dəyişib. Sürücüsü hələlik müəyyən edilməyən avtomobil yenifakılı-Beşiktaş yol ayrıcında aşıb. Bayrak hadisə yerində ölüb. Daha 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza Seyfi Bayrak Yenifakılı bələdiyyəsindən qayıdarkən baş verib.

 

Gununsesi.org