Türkiyənin Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilir.
Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, etirazçılar Xalqların Demokratik Partiyasının millət vəkillərinin azadlığıa buraxılmasını tələb edirlər.
Səfirliyin qarşısında fəallar toplaşıb, onlar üzərində 3 -rus, türk və kürd dillərində “Terrora və həbslərə yox!”, “Deputatlara və icra başçılarına azadlıq” yazılan plakatlar qaldırıblar.
Qeyd edək ki, ötən gün HDP sədri Səlahəddin Dəmirtaş və digər 4 deputat barədə həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info












