Türkiyənin səhiyyə naziri İbrahim Erkalla bağlı açıqlama verib - VİDEO

  • By admin
  • 13 Aprel 2017 21:16

ibrahim erkal

Bu günlərdə evinin avtoparkında huşsuz vəziyyətdə tapılan və beyin qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın səhhəti ilə bağlı səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlama verib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, “Bu səhər İbrahim Erkal qardaşımızın sağlıq durumu ilə bağlı məlumat aldıq” deyən səhiyyə naziri bildirib ki, dünən də baş həkimlə əlaqə saxlayıb.

“Əfsuslar olsun ki, onun səhhəti hələ də ağır olaraq qalmaqdadır. Vəziyyəti müsbətə doğru dəyişməyib. Həkimlər əllərindən gələni edirlər. Allahdam ümid kəsilməz”, deyə Rəcəb Akdağ əlavə edib.

Nəzərinizə çatdıraq ki, beyin qansızması keçirən İbrahim Erkal əməliyyat edilib. Əməliyyatdan sonra xəstəxanadan verilən açıqlamaya götə, əməliyyat nəticəsində qanayan sahə təmizlənib. Yeni bir qanama yoxdur, müalicə davam etsə də, beyin şişinin böyüdüyü qeyd olunur.

Gununsesi.info