Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat etdi

  • By admin
  • 21 Yanvar 2017 12:08

Avu-ayberk-atilla-ad-6

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən  məlumat verir ki, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

A. Atilla “Səksənlər”, “Leyli və Məcnun” “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, “Kiralıq eşq” teleserialında rol alıb.

Gununsesi.info