Türkiyə mediası yanlışını aradan qaldırır?

  • By admin
  • 10 Mart 2026 13:10

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə kampaniya xarakterli məqalələr dərc edilir.

Buna cavab olaraq isə YAP-çı deputat Musa Quliyev bu qəbildən olan yazıların Prezident Ərdoğanın kürəkəni Beral Albayrakın nəzarətində olan media orqanlarında getməsini sərt tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, deputatın bu çıxışından sonra bu gün Musa Quliyevə və Azərbaycana qarşı daha sərt ittihamlar səsləndirilib.

Lakin bu xəbərlərin tirajlanmasından bir neçə saat sonra həmin xəbərlər silinib.

“Sabah”, “Yeni Asir”, “Yeni Çekme” və sair media orqanları Azərbaycan əleyhinə olan xəbərləri silib.

Afət Abbasova

Gununsesi.info