Almaniyada yeni türk partiyası yaradılacaq

  • By admin
  • 27 İyun 2016 10:43

Turkish in Germany

 

Almaniyadakı türklər yeni partiya yaradırlar. 
Gununsesi.info xəbər verir ki, yeni yaradılan partiyanın Alman Demokratlar Birliyi olacağı bildirilib. Yeni partiya bu ilin payızına qədər hazır olacaq. Türklərin partiyası bütün Almaniya əhalisi üçün fəaliyyət göstərəcək.
Partiyanın əsas yaradıcılarından biri olan Rəmzi Aru mətbuata açıqlamasında Almaniyadakı türk millət vəkillərinin bu partiyada təmsil edilməyəcəyini bildirib:
“Onlar qorxuya bürünüblər. Bu, çox qəribədir. Türkiyəyə gedib partiya açan almanlar, HDP-yə dəstək verənlər bizə Almaniyada partiya qurmamağı məsləhət görmürlər”.