Türkmənistan sərhədlərini xarici turistlərin üzünə BAĞLADI

  • Müəllif: admin
  • 16 Avqust 2017 15:24

turkmenistan

Avqustun 17-dən etibarən Türkmənistan sərhədlərini xaricdən bu ölkəyə gedən turistlərə bağlayır.

Gununsesi.info “tukrmenistan.ru”ya istinadən xəbər verir ki, belə bir qərar prezident Qurbanqulı Berdımuhəmedovun iştirakı ilə keçirilən dövlət təhlükəsizlik şurasının iclasında verilib.

Qərara əsasən Türkmənistan sərhədlərinin bağlı olduğu ay yarım müddətində bütün güc strukturları və hüquq-mühafizə orqanları, gömrük gücləndirilmiş iş rejiminə keçəcək. Güc strukturları bütün sutka ərzində fəaliyyət göstərəcək. Ölkənin dövlət sərhəddindəki giriş-çıxış məntəqələri bağlanacaq. Viza verilməsi məhdudlaşdırılacaq.

Ölkədə avqustun 17-dən oktyabradək keçirilməsi nəzərdə tutulan  bütün beynəlxalq səviyyəli sərgilər, tədbirlər təxirə salınaraq, vaxtı dəyişdirilib.

Ölkəyə giriş və çıxış ancaq istisna hallarda mümkün olacaq. Bunun üçün də ancaq xüsusi komissiyanın rəyi olmalıdır.

Türkmənistanda giriş-çıxışın qapanmasına səbəb isə bu ölkədə keçiriləcək V Asiya idman oyunlarıdır. V Asiya idman oyunlarının açılış mərasimi sentyabrın 17-də baş tutacaq. Artıq avqustun 17-dən etibarən ölkədə təhlükəsizlik tədbirləri ilə bağlı profilaktik işlər görüləcək.

Bu yarışlarda 62 ölkədən idmançının iştirakı gözlənilir. Yarışların keçirilməsi üçün isə 2017-ci ilin may ayınadək 8 milyard dollara yaxın vəsait xərclənib. 5 milyard dollaradək Olimpiya şəhərciyinin tikintisinə, 2,3 milyard dollar isə yeni beynəlxalq aeroportun tikintisinə xərclənib.

Gununsesi.info