Türkmənistanın hava limanı “Ginnesin rekordlar kitabı”na düşüb

  • By admin
  • 28 Fevral 2018 22:30


Türkmənistanın beynəlxalq hava limanı “Ginnesin rekordlar kitabı”na düşüb.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, fevralın 26-da Lebap vilayətinin mərkəzi Türkmənabat şəhərində yerləşən hava limanının açılışında “Ginnesin rekordlar kitabı”nın nümayəndəsi Şeyda Subaşi-Gemici də iştirak edib. O, kitabın sertifikatını “Türkmenhowayollary” xidmətinin sədri Dövran Saburova təqdim edib.

Qeyd edək ki, hava limanının binası nadir arxitekturasına görə bu kitaba düşüb. Limanın sərnişin terminalı quş uçuşu baxışından Oğuz xanın ulduzu formasındadır.

Obyektin sahəsi 600 ha, sərnişin terminalı binasının sahəsi isə 37 min kv. metrdir. Uçuş-eniş zolağının uzunluğu 3800 m, eni 60 m-dir. Terminalın buraxılış qabiliyyəti saatda 500 sərnişindir.

Bir müddət əvvəl “Ginnesin rekordlar kitabı”na Aşqabadda yeni tikilən hava limanının damında təsvir edilən 705 kv. m-lik xalça oramenti təqdim edilib.

Xatırladaq ki, kitaba Türkmənistanda böyük yurt şəklində tikilən iki konsert zalı da düşüb.

Gununsesi.info