TÜRKSOY-un baş katibi: "Əhməd Cavad bütün türk dünyası üçün hünər rəmzidir"

  • By admin
  • 09 İyun 2022 09:11

Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın 130 illiyi qardaş Türkiyədə bir sıra silsilə tədbirlərlə qeyd edilir.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və TRT-nin birgə təşkilatçılığı ilə Ankarada böyük konsert təşkil olunub.

Bundan başqa Əhməd Cavad adına təsis olunan medallar da sahiblərinə təqdim olunub.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Rayev böyük şairimiz haqqında danışıb:
“Əhməd Cavad bütün Türk Dünyası üçün sayılıb-seçilən şəxsiyyət, hünər rəmzi, əsərləri və ideyaları ilə dövrünün ən parlaq ədəbi-alim adamlarından biridir. Onun ürəkdən gələn həssaslığı Azərbaycanın Dövlət Himninə həyat verib, onu əbədiləşdirib. Əhməd Cavadın adı bu gün də müstəqilliklə xatırlanır.

O, bir xalq şairi kimi o günün şərtləri ilə Azərbaycanın istiqlal mübarizəsində həm xalqı, həm də Azərbaycan ordusunu müxtəlif yollarla yükləyəcək əsərlər yaradan, adını tarixə qızıl hərflərlə yazdı.

Etimesgut Bələdiyyə Başçısı cənab Enver Dəmirələ, xüsusilə Əhməd Cavadın ailə üzvlərinə, əməyi keçən hər kəsə və siz hörmətli iştirakçılara səmimi təşəkkür və hörmətimi bildirirəm.

Sözümü məşhur şairin aşağıdakı misraları ilə bitirmək istərdim;

Mən türk övladıyam
Dərin Əqlim, Zəkam var…

Gununsesi.info