
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun iyulun 19-dan avqustun 23-dək olan müddətdə 3 nəfərin velosipedlərini, habelə iyulun 15-də 1 mağazadan 5 gümüş üzük və 1 fləşkart oğurlaması da müəyyən edilib.
Anar
Gununsesi.info











