Tütün zavodunda yanğın

  • By admin
  • 13 Oktyabr 2016 14:50

yangi

İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti  Zaqatala tütün istehsalı və emalı məntəqəsində yanğın olub.

Gununsesi.info xəbər verir ki, dünən gecə saatlarında “İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti Zaqatala rayonu Aşağı Tala kənd inzibati ərazisindəyerləşən Zaqatala tütün istehsalı və emalı məntəqəsinin tütünqurutma kamerası yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.Zaqatala rayon DYMH-dən  bildirilib ki, yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər tütünqrutma kameralarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yanğın baş verən tütünqrutma kamerasının 28 kv/m-lik sahəsinin yanar kinstruksiyaları və içərisində olan tütün yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Gununsesi.info