Tv Musavat” hakerlərin əlinə keçdi  - Bütün videolar silinib

  • By admin
  • 01 Mart 2023 23:40

 

“TV Musavat” yutub kanalı hakerlərin hücumuna məruz qalıb.

 

Bu barədə Musavat.com-a “TV Musavat”ın efir rejissoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.

 

O bildirib ki, saat 23 radələrində kanal qəfil haker hücumuna məruz qalıb. M.Türkmənin sözlərinə görə, bir neçə saniyə içərisində kanalın şifrəsi ələ keçirilib və hesabdakı videolar silinib.

 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını qeyd edib. O bildirib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib və kömək istənilib.

 

Gununsesi.info