U-21 yoldaşlıq oyunları keçirəcək

  • By admin
  • 09 Yanvar 2017 16:05

affa-1

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, yığmamız yanvarın 12-də Almaniyanın FC “Rot Weis Erfurt”, yanvarın 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, yerli vaxtla saat 15:00 və 17:00-da (Bakı vaxtı ilə saat 16:00 və saat 18:00) başlayacaq.

Anar
Gununsesi.info