Üç ayın əsgəri intihar etdi

  • By admin
  • 22 Yanvar 2022 13:28

Dövlət Sərhəd Xidmətinin əsgəri intihar edib.

Bu barədə Gununsesi.info-ya daxil olan xəbər deyilir ki, 1999-cü il doğumlu Rzaquliyev Ramil Xəqani oğlu DSX-nın Bakıdakı hərbi hospitalda  özünü asaraq intihar edib.

Məlumatda hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Hərbi qulluqçumuzun hansı səbəbdən özünə qəsd etməsi bilinmir.

Hərbi hospitalın rəis müavini Sərdar Şükürov Gununsesi.info-ya bildirib ki, hadisə yerində olmadığı üçün olaydan xəbərsizdir: “Mən hadisə yerində yoxam. Səbəbini də bilmirəm”.

Faktla bağlı cinayət işi başlanıb, meyit müayinə olunmaq üçün məhkəmə tibb ekspertizasına göndərilib.

Gununsesi.info