Üç qatar toqquşdu: - Xəsarət alanlar var / FOTO

  • By admin
  • 14 Yanvar 2020 14:38

İtaliyanın Neapol şəhərində bir neçə qatar toqquşub.

Gununsesi.org bildirir  ki, “Il Mattino”nun yazdığı xəbərə görə, qəza zamanı 13 nəfər xəsarət alıb.

Qəza şəhərin şimal hissəsində üç qatarın toqquşması nəticəsində baş verib.

Hadisənin baş verməsi ilə əlaqədar sarı metro xəttində qatarların hərəkəti dayandırılıb.

Əldə edilən məlumata görə, qəzaya səbəb insan səhvidir.