Uca yaradan şərabı boşuna haram saymayıb ki… - FAZİL MUSTAFA

  • By admin
  • 16 Noyabr 2018 12:14

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa özünün sosial şəbəkədəki səhifəsində Abel Məhərrəmovun şərab qalmaqalına qurban getməsinə eyham vuran status yazıb.

Gununsesi.org deputatın qeydlərini təqdim edir:

“Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız?  Bundan sonra belə bir sual kimsə verməz. Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır. Uca Yaradan boşuna şərabı haram saymayıb ki… Və ilk ayəsi də boşuna “Oxu!” olmayıb ki…”.

Gununsesi.org