Ucarın təbii qazla təchizatında yaranmış problem həll olunmur

  • By admin
  • 13 Sentyabr 2016 19:45

qaz

Ucarın təbii qazla təchizatında  yaranmış  problem həll olunmur.

Gununsesi.info bildirir ki, abonentlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, artıq 3 aya yaxındır,  rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranır. Sakinlər hətta təbii qazın  bayram günlərində də, istifadəsi mümkün olmayan qədər çox aşağı təzyiqdə verildiyini deyirlər.

Yerli qaz istismar sahəsindən bu ayın əvvəlindən rayonun  yaşayış məntəqələrinə qazın verilişində ciddi problem yaşanmadığını, yaxın günlərdə isə təbii qazın verilişi ilə bağlı heç bir problemin olmayacağını bildiriblər.

Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, son vaxtlar mavi yanacaq fasilələrlə və istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verilir.

Gununsesi.info