UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək – Bakı siyahıda qalır

  • By admin
  • 27 Yanvar 2021 15:20

UEFA bu il keçiriləcək futbol üzrə Avropa çempionatını planlaşdırıldığı kimi 12 şəhərdə keçirmək niyyətindədir.

 

Gununsesi.org Trend-ə istinadən bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar turnirin bir ölkədə təşkil olunması və ya ümumiyyətlə keçirilməməsi məsələsi müzakirə olunmur.

UEFA təşkilatçı ölkələrlə daim təmasda olduğunu və həmin şəhərlərin yarışları qəbul etməyə hazır olduqlarını bildirib.

Qeyd olunur ki, koronavirusun yayılma vəziyyətindən asılı olaraq oyunların tamaşaçılarla və ya boş triubunalarla keçirilməsi qərarlaşdırılacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

 

 

Gununsesi.org