UEFA-dan Azərbaycan millisinin menecerinə TƏYİNAT

  • By admin
  • 20 Fevral 2020 14:10

Azərbaycan millisinin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmova UEFA tərəfindən təyinat verilib.

Gununsesiaz.info xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma martın 3-də İtaliyadakı “Ernesto Breda” stadionunda baş tutacaq.

Gununsesiaz.info