Uhanda koronavirusun asimptomatik daşıyıcısı qalmadı

  • By admin
  • 16 İyun 2020 09:46

Çinin Uhan şəhərində səlahiyyətlilər asimptomatik koronavirus daşıyıcısı qalmadığını açıqlayıb.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” şəhər səhiyyə komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, iyunun 15-də heç bir asimptomatik daşıyıcı aşkarlanmayıb və virusa yoluxan şəxslə təmasda olan bir nəfər də müşahidə edilməyib. Son üç asimptomatik xəstə iki dəfə testdən keçərək mənfi nəticə ilə karantindən evə buraxılıb.

Gununsesi.org