Uitkoff:”İlham Əliyev Trampı heyran etdi” Uitkoff:"İlham Əliyev Trampı heyran etdi"

“Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən sonra hərbi əməliyyatları dayandırmaqla “həqiqi dövlətçilik düşüncəsinin nümunəsini” göstərib”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri “Fox News”a müsahibəsində ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

Uitkoffun sözlərinə görə, 8 avqustda Oval kabinetdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp, Ermənistan baş naziri Paşinyanın da iştirak etdiyi görüş zamanı İlham Əliyevə belə bir sual ünvanlayıb:

“Niyə dayandınız? Qələbə sizin idi, ordunuz güclüdür.”

Azərbaycan Prezidenti isə cavabında deyib:

“Bizdən alınanı geri qaytardım. Daha artıq nəyimə lazımdır?”

Uitkoff çıxışında bu sözləri belə qiymətləndirib:

“Bu, liderliyin heyrətamiz nümunəsi idi.”

 

 

Gununsesi.info