Ukrayna ABŞ-a gedən qaçqınlaırn sayına görə avropalılar arasında liderə çevrilib

  • By admin
  • 01 Fevral 2020 21:07

Ukraynalılar ABŞ-a üz tutan qaçqınların 15%-ni təşkil edir.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Hazırda ABŞ-a qaçan Ukrayna vətəndaşlarının sayının 4451 şəxs olduğu bildirilir. 2016-cı ildə isə ukraynalılar qaçqınların ümumi sayının 3%-ni təşkil edirdi.

Ekspertlər bunu ABŞ prezidenti Donald Trampının yeni siyasəti ilə izah edilər. Belə ki, Ağ Ev bir sıra ölkələrdən, xüsusilə müsəlman dövlətlərdən insanların gəlməsinə qadağa qoyub.

Ukraynalılar isə ABŞ qanunvericiliyində Lotenberq düzəlişi deyilən müddəadan istifadə edilər.

Bu düzəliş keçmiş SSRİ-dən gələn, repressiyaya məruz qalmış vətəndaşlarla əlaqədar qəbul edilib.

Qeyd etmək lazımdır ki, ABŞ immiqrantların sayına görə dünyada hələ də birinciliyi qoruyur. Ölkədə yaşayan 45 milyon insan, yəni əhalinin beşdə biri ya qaçqın, ya da miqrantdır.

ABŞ-da miqrantlarla bağlı 1965-ci ildə qanun qəbul edilməsindən bu yana onların sayı dörd dəfə artıb. Həmin insanların 76%-i Birləşmiş Ştatlarda qanuni əsaslarla yaşayırlar, 45%-i artıq vətəndaşlıq belə alıb, 27%-nin isə daimi yaşayış izni var.

Lakin ümumi mirantların təxminən dörddə biri qeyri-leqal statusdadır. Bu isə ölkə əhalisinin 3,3%-nə bərabərdir. ABŞ-da qanunsuz əsaslarla yaşayanlar arasında meksikalılar üstünlük təşkil edir.

 

 

Gununsesi.org