Ukrayna ilə bağlı iclas çağırdı

  • Müəllif: Firuzə
  • 11 Avqust 2025 16:27

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bazar ertəsi Aİ xarici işlər nazirlərini toplantıya çağırıb.

Gununsesi.info “France 24”ə istinadən xəbər verir ki, iclasın məqsədi Rusiya-Ukrayna məsələsində növbəti addımları müzakirə etməkdir.

“ABŞ-nin Rusiyanı ciddi danışıqlara məcbur etmək gücü var. ABŞ və Rusiya arasında hər hansı sövdələşməyə Ukrayna və Aİ də daxil olmalıdır, çünki bu, Ukraynanın və bütün Avropanın təhlükəsizliyi məsələsidir”, – deyə Kallas bildirib.

İclas onlayn şəkildə keçiriləcək.

ukrayna-ile-bagli-iclas-cagirdi

Gununsesi.info