Ukrayna ilə qondarma Donetsk və Luqansk respublikaları arasında əsirlərin mübadiləsi keçirilir

  • By admin
  • 29 Dekabr 2019 14:16

Ukrayna ilə qondarma Donetsk və Luqansk xalq respublikaları arasında əsirlərin mübadiləsi keçirilir.

Gununsesi.org-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, mübadilə prosesi Qorlovka yaxınlığındakı nəzarət məntəqəsində aparılır.

“Hazırda Donetsk vilayətində Mayorskda çoxdan gözlənilən qarşılıqlı azadetmə prosesi başlayıb. Uşaqlarımız vətənə qayıdır”, – deyə Ukraynanın ombudsmanı Lyudmila Denisova “Facebook” səhifəsində bildirib.

Ukrayna Prezident Administrasiyası da mübadilə prosesini təsdiqləyib. İlkin məlumatlara görə, Kiyev qondarma respublikaların 87 tərəfdarını, qarşı tərəf isə Ukraynanın 55 təhlükəsizlik işçisini təhvil verməyi planlaşdırır. 

Gununsesi.org