Ukrayna müharibə iqtisadiyyatına keçir

  • By admin
  • 07 Mart 2022 10:01

Ukrayna hökuməti maliyyə yardımı üçün beynəlxalq təşkilatlar və ölkələrlə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Avropa İnvestisiya Bankı Ukraynaya yardım üçün digər layihələrdən 639 milyon avronun yönləndirilməsinə razılıq verib və Nazirlər Kabineti bunun üçün lazımi sənədləri qəbul edib. Eyni zamanda Maliyyə Nazirliyi hərbi istiqrazların ilk buraxılışını keçirib və ikinci buraxılışını planlaşdırır:

“Yüzlərlə xarici şirkət Rusiyada istehsal sahələrini bağlayır və məhsullarının satışını qadağan edir. Bu ölkə bütün cəbhələrdə uduzsa da, biz tez bir zamanda müharibə iqtisadiyyatına keçməliyik”.

Şmıqal qeyd edib ki, dövlət kritik ehtiyacları ödəmək üçün müəssisələrə dövlət sifarişləri verməyə başlayıb:

“Söhbət təkcə silahlardan getmir, yemək, dərman, yanacaq və s. Biz ölkəni lazım olan hər şeylə təmin etməyə borcluyuq. Artıq hökumət bəzi sosial əhəmiyyətli malların və onların istehsal olunduğu xammalın ixracına məhdudiyyətlər qoyub, ərzaq təhlükəsizliyinə nəzarət hazırda İqtisadiyyat Nazirliyinin prioritet istiqamətlərindən biridir.

Müharibə başlayandan bəri çoxları evlərini, işlərini, əmanətlərini itirib, ancaq Ukraynanın müdafiəsinə qalxıb. Bu gün dövlət onları dəstəkləyir. Prezidentin tapşırığı ilə yenilənmiş “E-podtrimka” proqramı gələn həftədən fəaliyyətə başlayacaq. Proqram çərçivəsində müharibə nəticəsində işini itirən hər bir işçi, hər bir fərdi sahibkar 6,5 min qrivna ala biləcək”.

Gununsesi.info