Ukrayna muzdluları Azərbaycan tərəfindən vuruşur? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 25 İyul 2020 21:04

Bəzi xəbər agentliklərinin guya Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlər heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar.

Gununsesi.info