Ukrayna ordusu əks-hücuma keçdi

  • By admin
  • 29 Mart 2022 10:57

“Ukrayna müdafiə qüvvələri ölkənin şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatları davam etdirir. Son sutkada Rusiya qoşunlarının hər bir istiqamətdə hücumları dəf edilib. Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin müharibədəki son durumla bağlı yaydığı operativ məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gün ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. “12 tank, 10 piyadaların döyüş maşını, 3 motorlu texnika məhv edilib. Həmçinin 8 təyyarə, 3 helikopter, 4 PUA, 2 qanadlı raket vurulub”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 34-cü günüdür.

Gununsesi.info