Ukrayna prezidenti parlamenti buraxdığını elan edib

  • By admin
  • 20 May 2019 12:29

Vəzifəsinin icrasına başlamış Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti vaxtından əvvəl buraxdığını elan edib.

Gununsesi.org-un Ukrayna medyasına istinadən verdiyi məlumata görə, bu barədə o, parlamentdə çıxışı zamanı deyib.

“Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladmir Zelenskinin inauqurasiya mərasimi keçirilib.

Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi.