Ukrayna Rusiyanın son sutkadakı itkilərini açıqladı

  • By admin
  • 22 Aprel 2022 10:13

Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə,  Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 9 PUA-sını, 3 təyyarəsini və 3 “Vpered” helikopterini məhv edib.

Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.

Gununsesi.info