Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı: 12 min hərbçi məhv edilib

  • By admin
  • 08 Mart 2022 12:07

Ukraynada müharibənin 13-cü günüdür. Geridə qalan günlərdə baş vermiş toqquşmalar hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunub.

Gununsesi.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər yaydığı məlumata görə, 12 gün ərzində düşmən qüvvələri böyük döyüş itkiləri verib.

“Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 minə yaxın işğalçını məhv edib”,-deyə məlumatda vurğulanır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini aşağıdakı kimi komplektləşdirib:
Şəxsi heyət – təxminən 12 min nəfər,

tanklar – 303 ədəd,

zirehli döyüş maşınları – 1036 ədəd,

artilleriya sistemləri – 120 ədəd,

MLRS – 56 ədəd,

hava hücumundan müdafiə sistemləri – 27 ədəd,

təyyarə – 48 ədəd,

helikopterlər – 80 ədəd,

avtomobillər – 474 ədəd,

gəmilər və qayıqlar – 3 ədəd,

yanacaq və sürtkü materialları olan çənlər – 60 ədəd,

PUA-lar – 7 ədə.

Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırıb.

Gununsesi.info