Ukrayna üçün bunu etməyəcəyik: - Devid Lemmi

  • Müəllif: Orxan
  • 26 Noyabr 2024 14:45

Böyük Britaniya Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün öz hərbi personalını göndərmək niyyətində deyil.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Lemmi deyib.

“Biz La-Manş boğazı boyunca on minlərlə ukraynalı əsgərə təlim keçmişik və bunu davam etdirəcəyik. Amma Britaniya əsgərlərini Ukraynaya göndərməyəcəyik. Bu məsələdə mövqeyimiz həmişə çox aydın olub”, – Lemmi bildirib.

Gununsesi.info