Ukrayna vaxtından əvvəl karantindən çıxa bilər

  • By admin
  • 27 Aprel 2020 11:09

Ukraynanın baş dövlət sanitar həkimi Viktor Lyaşko ölkədə karantin məhdudiyyətlərinin vaxtından əvvəl aradan qaldırılmasının mümkün olduğunu söyləyib.

Gununsesi.org bildirir ki, bu barədə ICTV telekanalının efirində deyib.

V.Lyaşkonun sözlərinə görə, bu, koronavirusa yoluxmuş insanların sayının sürətlə azalması şərtilə baş verəcək.

Hadisələrin bu cür inkişafı ilə ölkə birbaşa karantinin birinci mərhələsindən çixaraq, üçüncü və ya dördüncü mərhələyə keçə bilər.

Gununsesi.org