![](https://www.gununsesi.info/wp-content/uploads/2022/03/39890d07957fdb68d2f70e36f3a0382c.jpeg)
Rusiyanın Ukraynaya hücumu nəticəsində 115 uşaq həlak olub, 148-i yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, Rusiyanın bombardmanları və top atəşləri nəticəsində indiyədək 530 təhsil müəssisəsi zərər görüb, onlardan 72-i tamamilə dağıdılıb.
Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətləri və Kiyev şəhərinin təhsil müəssisələri ən çox dağıntıya məruz qalanlar arasındadır. Kimsəsiz uşaqlar üçün isə 40 müəssisə zərər görüb.
Gununsesi.info