Ukraynada başlayan meşə yanğınları 5 nəfərin canını aldı - VİDEO

  • By admin
  • 08 İyul 2020 14:51

Ukraynanın Luqansk vilayətində meşə yanğınları tüğyan edir.

Artıq 125 ev kül olub, yanğın nəticəsində beş nəfər ölüb, doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə RT xəbər yayıb.

Bildirilir ki, yanğının söndürülməsi üçün 386 nəfər və 90 vahid texnika cəlb edilib.

 

 

Gununsesi.org