Ukraynada döyüşən ermənilər Paşinyanı təhdid etdilər

  • By ilhame
  • 03 Dekabr 2023 13:18

Ukraynada döyüşən ermənilər Ermənistanın Baş naziri Nikol Paşinyana videomüraciət edib.

 

Gununsesi.info xəbər verir ki, müraciət sosial şəbəkələrdə yayılıb.

 

Silahlılar Paşinyanı satqın adlandıraraq onun apardığı xarici siyasəti tənqid ediblər:

 

“Sən bütün erməni xalqını satdın. Biz Ukraynanın azadlığı uğrunda vuruşanda sən qorxaq kimi Türkiyə və Azərbaycanla cinayətkar sövdələşməyə getdin. Sənin erməni millətini təmsil etməyə haqqın yoxdur”.

Gununsesi.info