Ukraynada ölən hərbçilərin cəsədlərini görün nə edəcəklər

  • By admin
  • 06 Mart 2022 12:29

Rusiya Müdafiə Nazirliyi Ukraynada həlak olan hərbçilərin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı 26 fevral tarixli müvafiq sənədi “Şimal” Əməliyyat Komandanlığı dərc edib.

Xüsusilə, bu sənəddə “rəsmi istifadə üçün” Rusiya Müdafiə Nazirliyi martın 1-dən Ukraynada döyüşən şəxsi heyətin şəxsiyyəti təsdiq edən sənədlərinin götürülməsini və hərbçilərin cəsədlərinin Ukraynadan çıxarılması üçün tədbirlər görməyi tələb edir. Bildirilib ki, cəsədlər gecə saatlarında “daimi yerlərə” gizli çıxarılsın və onların nömrələr verilməklə, Belarus ərazisi də daxil olmaqla bir sıra yerlərdə kütləvi məzarlıqda basdırılması təmin edilsin.

Bundan başqa, sənəddə cəsədləri təxliyə etmək mümkün olmadıqda “onların şəhərdə məhv edilməsi barədə qərar qəbul edilməsi” nəzərdə tutulur.

Gununsesi.info