Ukraynada quldurluq etdi, Polşada ələ keçdi - AZƏRBAYCANLIDIR

  • By admin
  • 14 Yanvar 2019 10:29

Polşanın Qdansk şəhərində Ukraynada cinayət törətmiş, 1990-cı il təvəllüdlü, əslən Azərbaycanın Gəncə şəhərindən olan Müseyibov Elşən Musa oğlu saxlanılaraq geri təhvil verilib.

“Report”un Varşava bürosunun verdiyi məlumata görə, E.Müseyibov Ukraynanın Rovno (qərbi Ukrayna) şəhərində silsilə quldurluq hadisəsi törətmiş mütəşəkkil cinayətkar dəstənin aparıcı üzvlərindən biri kimi axtarışa verilib.

Ukrayna vətəndaşı olan azərbaycanlı hazırda ölkəsinə gətirilib, Rovno şəhər məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.