“Ukraynadakı vəziyyət NATO ilə münaqişəyə çevrilə bilər” - Böyük Britaniya XİN rəhbəri

  • By admin
  • 27 Fevral 2022 16:41

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass istisna etmir ki, Rusiyanın Ukraynada “xüsusi əməliyyatı” “bir neçə ilə” uzana bilər və hətta NATO ilə münaqişəyə çevrilə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə o, “Sky News” telekanalına müsahibəsində bəyan edib.

Rusiya ilə NATO arasında Ukraynadakı hadisələrlə bağlı münaqişə yarana bilər. Belə ssenarini Böyük Britaniyanın XİN rəhbəti Liz Trass istisna etmir.

Siyasətçinin sözlərinə görə, Rusiyanın hərbi potensialı ucbatından böhran uzun müddət davam edə bilər. O, həmçinin qeyd edib ki, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatını zəiflətmək üçün zaman lazım olacaq.

Avropaya dəyəcək zərər Ukraynanın itirdikləri ilə müqayisəyə gəlməz.

“Lakin biz təkcə ukraynalılara görə, onların suverenliyi, öz müqəddəratının təyini hüququ uğrunda mübarizə aparmırıq, bu uzunmüddətli münaqişə Avropada azadlıq və demokratiya məsələsidir.

Biz Putini Ukraynada dayandırmasaq, digər ölkələr də- Baltikyanı dövətlər, Polşa, Moldova təhlükə altında qalacaq. Bu isə NATO ilə münaqişəyə çevriləcək.

Biz bunu istəmirik”,- Trass bəyan edib.

 

 

Gununsesi.info