Ukraynalı general: “Donbas problemi Qarabağdakı ssenari ilə həll olunsun”

  • By admin
  • 30 İyul 2021 12:29

Azərbaycanın Qarabağ zəfəri separatçılıqdan əziyyət çəkən Ukraynada müzakirə olunmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, Ukrayna Baş Qərargah rəisinin müavini, general-leytenant İqor Romanenko “Naş” telekanalının efirində Donbas münaqişəsinin həllinə toxunub. O, münaqişənin hərbi yolla həllinə tərəfdar olduğunu söyləyib.

“Hazırda Donbasda aşağı intensivliyə malik döyüşlər gedir. Amma Azərbaycanla Ermənistan arasında toqquşmanın nümunəsində demək istəyirəm ki, onlar da Minskdə 30 il danışıqlar apardı. Orda da aşağı intensivliyə malik toqquşmalar ötən il lokal müharibəyə çevrildi. Ukrayna da buna hazır olmalıdır”.

Romanenko Ukraynanın Rusiya ilə danışıqlar nəticə verməzsə, Donbasda silahlı həll planına üstünlük verməli olduğunu deyib.