Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana gəldi

  • Müəllif: Firuzə
  • 19 Aprel 2026 21:23

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbukdakı hesabında bildirib.

Onun sözlərinə görə, bu, 2026-cı ildə ölkəyə reabilitasiya üçün gələn üçüncü qrupdur. Uşaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri, Azərbaycan Milli Məclisinin üzvü Əlibala Məhərrəmzadə və Ukraynanın Azərbaycandakə Səfirliyinin əməkdaşları qarşılayıblar.

Gununsesi.info