Ukraynanın ən nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımladı

  • By admin
  • 11 İyul 2021 11:26

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.

Gununsesi.info  xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb.

Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda, həmçinin Azərbaycan Ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.

Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.

Gununsesi.info