“Ukraynanın təqribən 10 milyard dollarlıq taxılı var” -Zelenski

  • By admin
  • 23 İyul 2022 12:54

“Ukraynanın ixraca hazır təqribən 10 milyard dollarlıq taxılı var”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ötənilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac ediləcək:

“Bu ilki məhsul artıq yığılır və satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Artıq anbarlarımızda təxminən 10 milyard dollarlıq taxıl var”.

Zelenski əlavə edib ki, o, taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı İstanbulda imzalanmış sazişin icrasına nəzarəti təmin etmək üçün BMT-yə etibar edib.

Gununsesi.info