“Ümid edirik ki, Almaniya və Fransa Kiyevə təsir göstərəcək” - PUTİN

  • By admin
  • 15 Fevral 2022 19:19

Rusiya prezidenti Vladimir Putin Fransa və Almaniyanın Kiyevə Minsk razılaşmalarını icra etməsi üçün təsir göstərəcəyinə ümid etdiyini bildirib. 

Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə Vladimir Putin Almaniya federal kansleri Olaf Şolts ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Biz çox ümid edirik ki, həm okeandan o tərəfdəki, həm də Avropadakı tərəfdaşlarımız, ilk növbədə, Almaniya və Fransa Kiyevin hazırkı hakimiyyətinə müvafiq təsir göstərəcək və bu həll tapılacaq”, – deyə Putin vurğulayıb.

 

 

Gununsesi.info