Ümumrusiya Azərbaycan Konqresi RF Ali Məhkəməsinin qərarından şikayəti verdi

  • Müəllif: admin
  • 16 İyun 2017 10:16

uak-1

İyunun 15-də Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apelyasiya şikayəti verib.

Bu barədə Gununsesi.info təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında Ali Məhkəmə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib.

Gununsesi.info