Universitet tələbəsi özünü asdı

  • By admin
  • 21 May 2018 11:49

Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

Gununsesi.infonun xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.