Universitetdə əməliyyat - 31 NƏFƏR NƏZARƏTƏ GÖTÜRÜLÜB

  • Müəllif: admin
  • 04 İyul 2017 12:38

bakida_emeliyyat

Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində daha 31 nəfər saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Şəhər Prokurorluğunun təlimatı üzrə təhlükəsizlik müdirlüyünün əməkdaşları Ankara Universitetində əməliyyat keçiriblər.

Belə ki, əməliyyat nətəcəsində universitetin 31 əməkdaşı nəzarətə götürülüb.

Qeyd edək ki, nəzarətə götürülən şübhəlilər məhz “ByLock”dan istifadə etməkdə ittiham olunurlar.

Anar

Gununsesi.info