“Ürək-damar xəstəlikləri olanlar vaksin vurdurmalıdır” - Səhiyyə Nazirliyi

  • By admin
  • 02 Fevral 2022 15:35

“Pandemiyanin nəzarət altına alınmasının tək yolu vaksinasiyadır”.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu “Ürək-damar xəstəlikləri və COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, ürək-damar xəstəlikləri olan bütün şəxslər də vaksin vurdurmalıdır:

 

“Vaksin olunmayan xəstələrdə xəstəlik ağır keçir. Xüsusi bir vəziyyət yoxdursa, mütləq vaksin vurulmalıdır”.

 

 

Gununsesi.info